Keçmiş məhkumu girov götürüb, görün ondan nə istədilər
Bakıda kişi girov götürülüb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib. Bu barədə zərərçəkmiş əvvəllər məhkum olunmuş Paşazadə soyadlı Bakı şəhər sakini Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciətində bildirib. Onun sözlərinə görə, bir nəfər onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif edib. Razı olmadığı üçün isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparıblar və buraxılması müqabilində 2000 manat pul tələb ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov saxlanılıblar.
Araşdırma aparılır.