Keçmiş məhkumun üzərindən silah çıxdı

# 16:17
18 yanvar 2022

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Natiq Sadıqov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 385 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Natiq Sadıqovun əlindəki digər torbaya baxış keçirilən zaman 1 ədəd “revolver” markalı tapança və 4 ədəd “makarov” tipli tapançaya aid 9 mm-lik patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR