Kəlbəcər atəşə tutuldu
Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
DİGƏR XƏBƏRLƏR

Yeniyetmə 14 gün sonra yenə yoxa çıxdı

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya
