Kəlbəcər və Laçın yenidən atəşə TUTULDU - APA TV
Kəlbəcər və Laçın yenidən atəşə TUTULDU
Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Müdafiə Nazirliyindən (MN) APA-ya verilən xəbərə görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.