Kəlbəcərdəki tornado böyük fəlakətə səbəb ola bilərdi - ŞÖBƏ MÜDİRİNDƏN İLGİNC AÇIQLAMA

# 18:37
30 iyul 2022

Tornadonun baş verməsinə daha çox xarici ölkələrdə rast gəlmişik. Bu dəfə isə təbiət hadisəsi Kəlbəcərdə qeydə alındı. Rayonun Alagöllər ərazisində baş verən tornadonun görüntüləri sosial şəbəkələrdə yayılıb. Maraqlıdır görməyə adət etmədiyimiz bu təbiət hadisəsi necə baş verib? Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyir ki, tornado iki hava kütləsinin toqquşması nəticəsində yaranır: “Alagöl  ətrafında  göl ilə qurunun sərhədində baş verib bu hadisə. Niyə baş verib? Bu bəzi hallarda topa yağış buludlarında iki müxtəlif hava kütlələri toqquşur. Bir tərəfdən quru soyuq hava gəlir, digər tərəfdən isti rütubətli hava gəlir. Onların toqquşması nəticəsində kondensasiya baş verir. Yəni su buxarı çevrilir su damcılarına. Burda həm su damcıları, soyuq, isti hava kütlələri yuxarıdan bir qıf kimi düşür aşağı. Həmin ağırlaşan su damcısı və hava kütlələri başlayır fırlanma hərəkəti ilə aşağı doğru düşməyə. Gəlib yerə çatanda, orada fırlanma olduğu üçün yerdə olan nə varsa başlayır onları yuxarı qaldırmağa”.

 

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan tornadonun baş verməsi üçün əlverişli yer deyil. Ölkədəki şəraitin əlverişsiz olması gələcəkdə tornadonun Kəlbəcərdə və ya Bakıda yenidən baş verməyəcəyi anlamına gəlmir. Yəni iqlim dəyişmələri ilə əlaqədar olaraq bizdə də bu tip hadisələr tez-tez təkrarlana bilər: “Azərbaycan tornada üçün tipik bir yer deyil. Təkcə Kəlbəcər üçün xarakterik deyil. Azərbaycanın digər ərazilərində də baş verə bilər. Məsələn Bakıda da ola bilər. Çünki bir tərəfdə dəniz havası, bir tərəfdə quru hava. Orada da çox da böyük olmayan bir göl ilə quru arasında baş verib. Kəlbəcərdə baş verən bu hadisənin xüsusiyyəti bundan ibarət idi ki, burada baş verən tornadonun hərəkəti çox zəif idi”.

 

Səid Səfərov deyir ki, Kəlbəcərdə buludlar böyük sürətlə, 60-70 km/s hərəkət etsəydi, böyük fəlakətə səbəb ola bilərdi. Onun sözlərinə görə, xarici ölkələrdə tornada hadisəsindən əvvəl xəbərdarlıq edilir.

 

Şöbə müdiri bildirir ki, 2012-ci ildə Qaradağda yerləşən həbsxana üzərində belə bir proses baş verib və o zaman onu radar vasitəsilə müşahidə ediblər. Həmin vaxt tornado həbsxananın hasarlarını yerindən çıxarıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR