Kimlərə qan vermək qəti qadağandır? - ÖLÜMƏ SƏBƏB OLARSINIZ!

# 10:52
25 yanvar 2022

Hər il minlərlə insan xəstəlik və qəza keçirdikdə qan tapılmaması səbəbilə həyatının itirir. İanəçilər qanlarını verərək vəziyyəti ağır olan şəxslərin həyatını xilas edə bilər. Qan istehsal edilməyən  bir toxuma olduğundan yeganə mənbəyi qan ianəçiləridir. Mənfi və müsbət rezuslar nəzərə alınmaqla, dörd qan qrupu üzrə ianə oluna bilər. Bunun üçün mütəmadi qan verən 18-65 yaş arasındakı donorlar Qan Bankına, eyni zamanda mərkəzin Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran şəhərlərində yerləşən bölmələrinə müraciət etməlidirlər. Onu da qeyd edək ki, tibbi prosesdən öncə yuxu rejiminə, bol maye, yemək və kafein tərkibli qidaların qəbul edilməsinə, 1 saat müddətində siqaret, 12 saat müddətində isə spirtili içki istifadə olunmamasına, diqqət edilməlidir.

 

Mərkəzi Qan Bankının müdiri Qumral Vəliyeva deyir ki, həkim yoxlanışı zamanı donorun boyuna, çəkisinə, hemoqlabin dəyərinə, təzyiqinə, nəbzinə baxılır: “Eyni zamanda, ianəçinin daha əvvəl kardioloji, endokrionoji xəstəlik və ya əməliyyat keçirmədiyi dəqiqləşdikdən sonra o, qan verə bilər. İşin əmması isə bəzi şəxslərin istəsələr belə qan verə bilməmələrindədir”.

 

Bundan əlavə Hepatit B, Hepatit C, eyni zamanda son üç ildə malyariya və ya cinsi yolla xəstəlik keçirmiş şəxslər, orqan və ya toxuma köçürülənlər, narkotik aslılığı, böyrək, qaraciyər, xroniki ürək çatışmazlığı olanlar da qan verə bilməzlər. Onu da qeyd etmək yerinə düşər ki, “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A-dan sağalmış şəxslər sağaldıqdan 12 ay sonra, koronovirusdan sağalmış şəxslər isə 28 gün sonra qan verə bilərlər.

 

Toplanan qan xüsusi qablaşdırma vasitəsilə tibbi heyət tərəfindən xəstələrə çatdırılır. Qanvermə təmənnasız və könüllülük prinsipi ilə həyata keçirilir. Bir vahid qandan 3 fərqli qan komponenti hazırlamaqla 3 xəstənin həyatını xilas etmək olar. Qanvermə insanın emosional rifahına, psixoloji rahatlığına və sağlamlığına müsbət təsir edir. Odur ki, qan verək, həyat xilas edək!

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR