Kişi arvadını öz avtomobilində amansızcasına öldürdü

# 19:12
26 yanvar 2023

Goranboyda 47 yaşlı qadın  amansızcasına qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında rayonun Baxçakürd kəndi ərazisində əkin sahəsinin yaxınlığında qeydə alınıb. Qətlin şəxsi münasibətlər-qısqanclıq zəminində baş verdiyi bildirilir.

Atəş Ələkbərov Sevinc Məmmədovanı Niva markalı  avtomobilində bıçaqlayıb. Qətlə yetirilən qadın uzun illərdir ki, Atəş Ələkbərovla qeyri-rəsmi nikahda olub. Onların bir övladı da var. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Atəş Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR