Kişi arvadını qətlə yetirib, özünə qəsd etdi - QAN DONDURAN TƏFƏRRÜATLAR
Cəlilabadda ər arvadını qətlə yetirib.
Hadisə rayonun Muğan kəndində baş verib. Kənd sakini Elxan Əmanov bıçaqla həyat yoldaşı 31 yaşlı Aysel Abbasovaya çoxsaylı xəsarətlər yetirərək onu öldürüb. Hadisədən sonra ər sirkə turşusu içərək intihara cəhd edib.
Aysel Abbasovanın atasının bildirdiyinə görə bir neçə gün öncə də Elxan həyat yoldaşını döyərək ona çoxsaylı bədən xəsarətləri yetirib.
Lakin sonradan qohumlarının təkidi ilə Aysel yenidən ata evindən ər evinə qayıtmalı olub. Altı uşağının gözləri qarşısında əri Aysel Abbasovanın başını kəsərək onu qətlə yetirib.
Qətlə yetirilən Ayselin atası bildirir ki, qızının ailəsində tez-tez münaqişələrin yaşanmasının səbəbi onun həyat yoldaşının evə qız gətirməsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmənov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.