“Kişi müəllim azdır deyə, qız kimi davranan oğlanların sayı artır”

# 17:34
17 yanvar 2023

Peşələr arasında gender bərabərsizliyi daha da dərinləşir desək, yanılmarıq. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Son zamanlar pedaqoji sahəyə üstünlük verən kişilərin sayı xeyli azalıb.

Vətəndaşlar da məktəblərdə kişi müəllimlərin çatışmazlığını əməkhaqqının az olması ilə əlaqələndirirlər.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, məktəblərdə kişi müəllimlərin artırılmasına ehtiyac var. Bunun üçün isə sistem dəyişməlidir.

Ölkəmizdə müəllim sənətinin əsasən qadınların üzərinə biçilməsi ilə bağlı fikirlər artıq şüüraltımıza yerləşdirilib. Elə buna görə də bağça və məktəblərdə əsasən qadınlar fəaliyyət göstərir. Türkiyə ilə müqayisə etsək, görərik ki, orada fəaliyyət göstərən 1 milyon müəllimin 45 faizini kişilər təşkil edir. Dünya ölkələri ilə müqayisədə də görürük ki, Azərbaycan kişi müəllimlərin daha az olduğu ölkələr sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR