Kişi “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı

# 17:10
26 yanvar 2023

Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.

 

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında (“Vosmoy”) olan zaman 1991-ci il təvəllüdlü A.Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.

 

 

Araşdırmalarla hadisəni törədən şəxsin əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.

 

Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

 

Araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR