Koronavirusa yoluxanların sayı azaldı - STATİSTİKA

# 17:17
8 may 2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1720 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16810 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddət ərzində isə ümumilikdə 3 321 511 test aparılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR