Körpəni su anbarına kim atıb - TƏFƏRRÜATLAR

# 19:25
17 dekabr 2021

Astarada körpəni su anbarına kim atıb. Su anbarından kənd sakini tərəfindən tapılan meyitin bir neçə günlük körpəyə aid olduğu bildirilir.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Kənd sakini Radik Məlikli deyir ki, körpənin suya atılması ağıla sığmayan hərəkətdir: “Yəni ağla sığmayan bir hərəkətdir. Müsəlmançılığımıza sığmayan bir hərəkətdir. O qədər valideynlər var ki, bu dəqiqə körpə üçün gəzirlər, körpəni atıb suya. Burada balıqçı olub, xəbər edib hüquq-mühafizə orqanlarına”.

Sultan Sovqatov da belə hadisənin mümkünlüyünə inana bilmir: “Başqa ölkələrdə görərdik, eşidərdik belə bir şeylər, şok vəziyyətinə düşərdik. Azərbaycanda belə bir hadisənin olması çox belə ajiotaja səbəb olub, ümumiyyətlə biz şoka düşdük. Astarada belə bir hadisənin olmağı çox pis hadisədir, biz bunu qınayarıq. Bu adam gərək heç olmasa, doğum evinin qabağında, xəstəxananın qabağında, ya da o qədər insanlar var ki, uşaqlar üçün gəzirlər, həmin doğum evin qabağında qoyardı”.

Kitabulla Hüseynov isə uşağı saxlamağa belə razı olduğunu deyir: “Bizim hərəmizin hansısa birinə versəydi biz onu götürüb saxlayardıq. Çox acınacaqlı vəziyyətdir. Körpə uşağı götürüb, suyun içinə atmaq çox pisdir”.

Qeyd edək ki, körpənin su anbarına 20-25 gün əvvəl atılması ehtimal edilir. Körpənin öldükdən sonra atılması və ya orada ölməsi hələlik məlum deyil. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR