Kraliça ilə vidalaşmaq üçün 12 saat növbə gözlədi
Məşhur futbolçu Britaniya kraliçası II Elizabet ilə vidalaşmaq üçün saatlarla növbədə gözləyib.
APA TV xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.
Məlumata görə, Futbol üzrə İngiltərə milli komandasının keçmiş yarımmüdafiəçisi Devid Bekhem kraliça ilə vidalaşmaq üçün 12 saatdan çox növbədə gözləyib.
Məlumata görə, ulduz futbolçu gecə saatlarından sadə vətəndaşlar ilə birlikdə dayanaraq öz növbəsini gözləyib.
Növbəsi çatdıqda isə Bekhem kraliçanın tabutu yanında dayanaraq onunla vidalaşıb.
Daha sonra jurnalistlərə açıqlama verən futbolçunun sözlərinə görə, ona Britaniya imperiyasının ordeninin verilməsi həyatında ən xüsusi an olub.
Xatırladaq ki, kraliça II Elizabetin cənazəsi sentyabrın 14-dən etibarən Londonda Vestminster sarayındadır. Kraliça ilə vidalaşmaq istəyənlər sentyabrın 19-na kimi saraya gələrək bunu edə bilərlər. sentyabrın 19-u isə kraliça dəfn ediləcək.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
