Kreml MDB liderlərinin görüşü barədə məlumat yaydı

# 16:53
24 dekabr 2021

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

 

APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR