Kremldə Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalanıb

# 18:49
30 sentyabr 2022

Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsi haqqında müqavilələr imzalanıb.

 

APA TV-nin Moskva müxbiri xəbər verir ki, Böyük Kreml Sarayının Georgiyevsk zalında təntənəli mərasim keçirilib.

 

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb.

 

Avropa İttifaqı isə “referendum”la bağlı bəyanat yayıb. 

 

Bəyanatda deyilir: “Biz Rusiyanın Ukraynanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün bu şəkildə pozulması üçün bəhanə kimi keçirdiyi qeyri-qanuni “referendum”u, onların saxtalaşdırılmış və qeyri-qanuni nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq. Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik”.

 

Bəyanatda Aİ-nin Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyi də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR