Küçədə qadını bıçaqlayaraq qaçan şəxs GÖRÜN KİM İMİŞ
Bakıda küçədə arvadını bıçaqlayaraq, daha sonra maşınla hadisə yerindən qaçan şəxs barəsində cinayət işi başlanıb.
Yasamal Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.