Küçələrindən uşaq səsi gələn Şuşa

# 12:43
16 sentyabr 2021

İndi bir fərqli Şuşa var, qonaqlı-qaralı, tək-tək də olsa pəncərələrində işıq yanan, küçələrində uşaq səsləri gələn Şuşa.

 

APA TV xəbər verir ki, Şuşaya səfər qrafikimiz gərgin olmasına baxmayaraq bu dəfə Gövhər ağa məscidinin yaxınlığında yaşayan balaca dostlarla görüşdük. Sevincli idilər, gələn qonaqların hamısı onlarla görüşür söhbət edirdi, mən də bu fürsətdən yararlanaraq onlarla görüşdüm.

 

-Neçə yaşın var?

 

- 9. Burda atamla anamla qalıram. Atam polisdir. Biz də atamın yanındayıq. Atam çox vaxt işdə olur, Elxanın oğluyam. Bir dənə də qardaşım var. Mən Şuşadan xoşum gəlir, ən  xoşum gələn yer isə Cıdır düzüdür. Burda dostlarım da var, adların deyim? De. Aygündür bu qız, bu da Şoşudur, o birisi də qardaşımdır. Hamısı ilə dostam.

 

-Sən əsgərlərimizin Şuşanı necə qoruyur görürsən?

 

- Hə, hər gün.

 

- Sən böyüyəndə kim olacaqsan?

 

- Əsgər. Amma sonra polis olacam. Sonra da həkim olacam.

 

- Mənim adım da Mehdidir. Sərxanın balaca qardaşıyam. Şuşa xoşuma gəlir. Ən çox İsa bulağı. Məni atam aparıb. 5 dostum var burda, dalaşmırıq. Gizlənqaç oynayırıq, top-top, qaçma-tutma. Futbol oynayırıq. Sərxanın komandası udur amma. Burdan bütün dostlarıma salam göndərirəm”.

 

Tezliklə işğaldan azad olunmuş bütün torpaqlarımızdan uşaq səsləri eşidiləcək. Buna əminəm. İşıqların daha gur yansın Şuşa!

 

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR