Latviya yeni qanun qəbul etdi: KÖNÜLLÜLƏR UKRAYNADA DÖYÜŞƏCƏK
“Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək”.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti müraciəti zamanı söyləyib.
“Antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir”, - deyə Zelenski deyib.
Bu arada Latviya parlamenti də könüllülərin Ukraynada döyüşməsinə icazə verən qanunu qəbul edib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"də bildirib.
“Latviya parlamenti latviyalı könüllülərin Ukrayna Silahlı Qüvvələrində döyüşməsinə icazə verən qanun layihəsini yekdilliklə qəbul edib”, - deyə o qeyd edib.
DİGƏR XƏBƏRLƏR

Zəlzələnin fəsadı:Türkiyə Suriyaya doğru sürüşüb

Lənkəranda kənd məktəbinin şagirdlərinin sayı hər ötən gün azalır

Zəlzələ bölgəsində dənizin səviyyəsi qalxdı, hər yer su altında qaldı
