Lavrov “30 illik işğal” dedi, Mirzoyanın cavab verməyə cəsarəti çatmadı - Hayk çox hirslidir
Ermənistanda “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Moskvada keçirilən Lavrov-Mirzoyan görüşünün detallarından danışarkən xarici işlər nazirini qorxaq adlandırıb.
O bildirib ki, hakim partiya nümayəndələrinin bütün beynəlxalq formatlarda səsləndirdikləri mesajları fonunda Rusiya XİN rəhbəri Lavrovla görüşdə Ermənistanın xarici işlər nazirinin susması ziddiyyətlidir: Sitat: “Lavrov Qərb və digər məsələlər barədə danışanda Mirzoyan susdu. Ya o, deyilən fikirlərlə razılaşdı, ya da əksini deməyə cəsarət etmədi. Ermənistan xarici işlər nazirinin yanında 30 illik işğal ifadəsi işlədilib və o, buna heç bir reaksiya verməyib. Lavrov bizim dəfələrlə dediyimizi bir daha dilə gətirdi: 2020-ci il oktyabr ayının ortalarında Paşinyanın müharibəni dayandırmaq imkanı var idi. Lavrov bu barədə Mirzoyanın iştirakı ilə danışıb. Mirzoyan bunu inkar etməyib. Bu, müəyyən edilmiş faktdır”. Sitatın sonu
Hayk Mamicanyan bildirib ki, Baş nazir Paşinyan çox şübhəli səbəblərdən oktyabrın ortalarında müharibəni dayandırmayıb, baxmayaraq ki, bunun üçün imkanları olub.
DİGƏR XƏBƏRLƏR

Üfüqlərə qapılar müstəqillikdən açılır - APA TV

Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib

İrəvan Zəngəzura diversant göndərməklə nə demək istəyir?
