Lənkəran sakini qonşusunun bağında görün nə əkdi

# 15:26
26 may 2022

Lənkəranda qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən keçmiş məhkum saxlanılıb.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev saxlanılıb. Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində əkərək aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Masallıda isə keçmiş məhkumun evindən narkotik vasitə aşkarlanıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Heydər Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

Heydər Nuriyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 1 kiloqram 805 qram heroin, 3 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR