Lənkəranda daş karxanası bir kəndi qazıb, qurtarıb - Cavab verən yoxdur - APA TV

# 18:47
3 oktyabr 2022

Lənkəran rayonunun Təngivan kəndi ərazisində, çınqıl – daş karxanasının qanunsuz fəaliyyəti ilə bağlı yerli sakinlər kanalımıza  müraciət ediblər.

Sakinlərin müraciəti əsasında ərazidə olan APA TV xəbər verir ki,  sözügedən ərazidəki daş karxanası 8 ildir ki, fəaliyyət göstərir. Burada aparılan qazıntı işləri yerli sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayanlar iddia edir ki, daş - çınqılın daşınması səbəbindən ətrafda iri  yarğanlar əmələ gəlib və bu orada yerləşən evlər üçün ciddi təhlükələrə səbəb olub. Sakinlərin çoxu bu əraziləri tərk etmək məcburiyyətində qalıb. 

Sakinlər deyir ki, çay ətrafının qazılması nəticəsində həyətyanı sahələrdə 12 ədəd su quyusu quruyub. Hansı ki, bu quyular öz mənbəyini çaydan alırdı. Su quyularının quruması kənddəki əkin – biçinə, təsərrüfata da böyük ziyan vurub.  Məsələnin ciddiliyini nəzərə alan sakinlər bu illər ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Əraziyə baxış keçirənlər karxananın qanunsuz fəaliyyət göstərdiyini bildirsələr də, ərazidə qazıntı işləri bu günə kimi davam edir.

Biz ekologiyanı qorumaq üçün sizə müraciət eləmişik. Çay yatağını xaraba edirlər. Dəfələrlə ekologiya nazirliyinə müraciət etmişik. Ordan bizə cavab gəlir həqiqətən qeyri – qanuni fəaliyyət göstərir. Bəzi qurumlar hara baxır./// Burada feyxoa ağacları olub, qonşunundur, pay torpağıdır. 200 burda feyxoa ağacı var idi. Hamısını çıxartdılar, qazdılar apardılar.

Məsələyə rəsmi qurumlar da öz münasibətini bildirib.

Lənkəran şəhər icra hakimiyyətindən yazılı olaraq bildirdilər ki, Lənkəran çayının Təngivan kəndi ərazisində Şaiq Həsənova məxsus “PROFCO” MMC karxana fəaliyyəti ilə məşğul olur. Şirkət Lənkəran çayının məcrasının kənarında yerləşən sözügedən əkinə yararsız daşlıq torpaq sahəsini Rvo bələdiyyəsindən icarə qaydasında götürməklə  2014 -cü ildən fasilələrlə fəaliyyət göstərir. Karxananın ərazisi ümumilikdə 7,0 ha sahəni əhatə edir və müvafiq sənədləri var. Bildiririk ki, Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran çayının yatağında karxana fəaliyyəti ilə məşğul olmaqdan ötrü “PROFCO” MMC-yə torpaq sahəsi ayırmamışdır.

Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin Monitorinq və Nəzarət şöbəsinin müdiri Zaur Səidi isə məsələ ilə bağlı bunları dedi.

Hazırda Baş Prokurorluqda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV  Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR