Lənkəranda saxta polis əməkdaşı tutuldu

# 17:52
6 aprel 2021

Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib. Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb.

 

İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd oyuncaq tapança və bir ədəd qara rəngli maska aşkar edilib.

 

Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməllərindən zərərçəkən varsa aidiyyəti üzrə məlumat vermələri xahiş olunur.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR