Lerikdə torpaq sürüşməsi oldu - SAKİNLƏR ÇADIRLARA YERLƏŞDİRİLDİ

# 12:50
8 aprel 2021

Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

 

APA TV Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə, kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb. Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR