Liviyada girov götürülmüş azərbaycanlı Bakıya çatan kimi ÖZÜNÜ ÖLDÜRDÜ

# 12:35
8 avqust 2022

Bakıda intihar hadisəsi baş verib. APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb. Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb. O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb. Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR