Liz Trass 6 həftə sonra istefa verdi

# 17:41
20 oktyabr 2022

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

 

APA TV-nin Britaniya bürosu xəbər verir ki, Liz Trass vəzifədə olduğu altı həftədən sonra Baş nazir postunu tərk edib.

 

O, “10 Downing Street” qarşısında açıqlama verib. Liz Trass mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.

 

Liz Trass növbəti həftə ərzində Mühafizəkarlar Partiyasının yeni sədrinin seçiləcəyini qeyd edib. O, yeni Baş nazir seçilənə qədər hökumət başçısı vəzifəsində qalacaq.

 

Xatırladaq ki, Trass Böyük Britaniya tarixində ən qısamüddətli Baş nazir kimi yadda qalacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR