Mağaza və dönərxana yandı

# 16:54
17 mart 2022

Sumqayıtda yanğın olub.

 

APA TV-nin  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 61 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR