Mağazaya oğurluğa girən dostlar bu dəfə arzularına çatmadı – GƏNCƏDƏ ƏMƏLİYYAT
Gəncədə mağazadan oğurluq etmək istəyən şəxslər “iş başında” saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə təqdim edilib.
Araşdırmalar zamanı Orxan Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazim oğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Bakıda küçəni satıb, sakinləri blokadaya saldılar?

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – APA TV

Prezident: Biz, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq – APA TV
