Mahir Quliyevin mənzilləri və avtomobili müsadirə olunub

# 18:29
18 mart 2022

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

 

APA-nın xəbərinə görə, bu gün Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub.

 

APA üzərinə həbs qoyulmuş əmlakların siyahısını təqdim edir:

 

1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;

 

2. "Audi" markalı avtomobil;

 

3. Bakı şəhərində yerləşən daha bir mənzil.

 

Bundan başqa, "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış 125 min manatlıq və Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan 3 milyon manatlıq mülki iddialar təmin olunub.

 

Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR