Maliyyə naziri deputatlara cavab verdi - MİLLİ MƏCLİSDƏ

# 15:29
8 iyun 2021

“Göytəpə arxeoloji kompleksinin yaradılması ilə bağlı məsələ Qənirə Paşayeva tərəfindən qaldırılıb”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, Prezidentin 2012-ci il sərəncamı ilə Göytəpə arxeoloji parkı yaradılıb: “Həmin parkın layihələndirilməsi üçün AMEA-ya 300 min manat vəsait ayrılıb. Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı layihə hazırlanıb. Sözügedən məsələyə dair Qənirə Paşayevaya məlumat verilib. Lakin bundan sonra hər hansı qərar qəbul edilməyib. Növbəti ildə baxılması üçün bu məsələ nəzərə alına bilər”.

 

Nazir vurğulayıb ki, kinoya ayrılan vəsaitin aşağı olması ilə bağlı məsələ qaldırılıb: “2020-ci ildə Mədəniyyət nazirliyinə 5 milyon manat vəsait ayrılıb, 2021-ci ildə isə 6,5 milyon manat vəsait nəzərdə tutulub. Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə ünvanlamaq olar. Kinemotoqrafiyanın inkişafı üçün yeni layihə hazırlanıb. Bir neçə dəfə Maliyyə Nazirliyinə bu layihə təqdim edilib. Biz bunu qəbul etməmişik, çünki hansısa yenilik görməmişik”.

 

Nazir bildirib ki, bu təkliflərin əsasında növbəti illərin dövlət büdcəsində maliyyə ayrılması ilə bağlı qərarlar qəbul edilir: “Bu proses bu gün də davam etməkdədir. Onu da etiraf etmək yerinə düşər ki, əlavə vəsaitlərin ayrılması, ələlxüsus investisiya layihələrinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyindən vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanlarının orta büdcə dayanıqlılığına mümkün təhdidlərin qiymətləndirilməsi əsasında baş verir. İlk növbədə sosial xərclərin maliyyələşdirilməsi, milli müdafiə və təhlükəsizlik məsələlərinin təmin edilməsi ön plana çəkilir. Növbəti illərdə də bu yanaşma tətbiq ediləcək”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR