Marneulidə şagirdləri diz çökdürərək cəzalandıran müəllim işdən çıxarılıb

# 04:49
3 oktyabr 2022

Marneulinin Qırıxlı kənd məktəbində 4-cü sinif şagirdlərini diz üstə çökdürərək cəzalandırmış gürcü dili müəllimi Rəhman Musayev işdən azad edilib. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini bildirib. Direktor hadisənin araşdırıldığını, uşaqların valideynləri ilə əlaqə saxladığını qeyd edib: “Onlar övladlarının evdə bu barədə heç nə danışmadığını bildiriblər",- deyə Mehman Hüseynov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR