Maşın aşdı, qadın öldü
Şamaxıda maşın aşıb, qadın ölüb, 2 yaşlı oğlu xəsarət alıb.
Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Emil Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.
APA TV-nin yerli bürosu məlumat verir ki, nəticədə sərnişinlər - həyat yoldaşı Əkbərli Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. 2000-ci il təvəllüdlü Suğra Əkbərli ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cahangir Novruzov
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
