Maşın dərəyə aşdı, 3 nəfər həyatını itirdi
Beyləqan rayonunda yol qəzası baş verib.
Hadisə Beyləqanın Daşburun yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər- Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüb. Sürücü V.Məmmədov xəstəxanaya çatdırılıb. Lakin ağır vəziyyətdə xəstəxanaya çatdırılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.