Mayın 7-də gözlənilən hava şəraiti
Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə havanın temperaturu gecə 11-14° isti, gündüz 15-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
DİGƏR XƏBƏRLƏR

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Yevlaxda yataqxanada yanğına görə cinayət işi başlanıb, saxlanılan var

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib
