MEDİA rəhbəri: "Saytların, qəzetlərin sosial şəbəkələrdə aktivliyi artmalıdır"

# 16:20
18 yanvar 2022

Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir.


Rəqəmsal medianın əhəmiyyətinə toxunan icraçı direktor vurğulayıb ki, ölkədəki saytların, qəzetlərin sosial şəbəkələrdə aktivliyi artmalıdır. Peşəkar medianın sosial şəbəkədə proyeksiyası artmalıdır.

 

Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıblar.

Semral Cavad
Fariz Quluyev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR