Məişət zəminində 9 ayda 1100-dən çox cinayət… İnsanları nə qatilə çevirir?

# 15:41
1 dekabr 2022

"Liatris Holding"in taşkilatçılığı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi ilə "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib.

 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və təhsil, Səhiyyə, Gənclər və idman nazirliklərinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

 

“Liatris Holding”in rəhbəri Ruhiyə Əliyeva bildirib ki, narkotik insanları məhv edir, öldürür, cinayətə sövq edir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, narkomaniya və məişət zorakılığı ilə bağlı məsələlər hüquq-mühafizə orqanları diqqətindədir.

İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyeva bildirib ki, narkomaniya və məişət zorakılığı hazırda çox aktual problemlərdir.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib ki, hər iki məsələ cəmiyyətimizi ciddi şəkildə narahat edir.

Daha sonra tədbirdə millət vəkilləri, QHT və media rəhbərləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR