Məktəbdə halı pisləşən 8-ci sinif şagirdinin ölümü ilə bağlı TƏFƏRRÜATLAR

# 22:00
21 oktyabr 2021

Bu gün Xudat şəhərində məktəbli dünyasını dəyişib.

APA TV-nin şimal büros unun verdiyi məlumata görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblinin həyatını xilas etmək mümkün olmayıb. Məktəblinin meyiti müvafiq tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA TV-yə verilən məlumatda bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR