Məktəbli hadisə yerində dünyasını dəyişib
Bakıda avtobus məktəblini vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
44 saylı marşrut üzrə hərəkət edən “Daevo” markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.