"Mən daha o kasetə baxa bilmərəm"- O TOYUN HƏRBÇİ BƏYİ
Şad gündə çəkilən görüntülər də bəzən sonralar kədərə səbəb olur. Elə bu görüntülər kimi. Bu kadrlara həyəcansız, hətta göz yaşı olmadan baxmaq mümkünsüzdü. Təsəvvür edirsiniz, komandir və əsgərləri...
Vətən Müharibəsində şəhid olan 27 hərbçimizin birlikdə toyda rəqs etdiklərini əks etdirən video yayılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, görüntüləri şəhid mayor, 16 il ön cəbhədə xidmət etmiş Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev paylaşıb.
Həmin gün Ağstafada Ucal bəyin toyuna yığışmışdılar. Yeyiblər, içiblər və 27 nəfər birgə rəqs ediblər...
Həmin kədərli tarixi elə Ucal bəyin dilindən oxuyacaqsınız:
“Mən toyuma hərbi hissəmizdən 170 nəfəri dəvət etmişdim. Hər biri də toyda iştirak etdi. Toy 2019-cu ildə olub. Ondan bir il sonra isə müharibə başladı. Həmin 170 nəfərdən müharibədə 27-si müxtəlif ərazilərdə şəhid oldu. O gündən mən öz toy kasetimə baxmıram. Artıq biz o günü şən günümüz kimi xatırlaya bilmirik .”.
Hə, indi deyəcəksiniz ki, burada üzüləcək nə var axı. Çalınan musiqi də şəndi... Hə, ilk dəfəydi ki, bu cür mahnı ilə olan video məni də kövrəltdi
Bilirsiniz niyə? Çünki o iyirmi yeddi nəfərin hamısı sonradan II Qarabağ müharibəsində şəhid oldular...
Lent.az həmin o qəhrəmanları sizə təqdim edir:
Mayor Vüsal Vəliyev
Mayor Anar Novruzov
Kapitan Pənahov Rövşən
Kapitan Cəbrayılov Elnur
Bas leytenant Dadaşzadə Mahir
Leytenant Sadıqov Emin
Baş gizir Qafarov Rəvan
Baş gizir Hacıyev Teymur
Gizir Şirinov Elvin
Gizir Babayev Yaşar
Çavuş Həsənov Fariz
Çavuş Abdullayev Taleh
Çavuş Məmmədli Fazil
Çavuş Veyisli Xaləddin
Çavuş Əliyev Timur
Çavuş Qasımov Oruc
Çavuş Nəsibov Elməddin
Çavuş Qaragözov Alixan
Çavuş Pənahov Elməddin
Çavuş Namazov Mahmud
Çavuş İsgəndərov Pərvin
Çavuş Mustafayev Sərxan
Çavuş Məmmədov Əhməd
Çavuş Mədətov Asif
Çavuş Mustafayev Zaur
Kicik çavuş Namazov Taleh
Əsgər İbrahimov Elçin