Metronun yanında oğlu tərəfindən öldürülən qadın kimdir? - TƏFƏRRÜAT
Bu gün saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. APA TV hadisə yerində olub və şahidləri danışdırıb.
Nizami rayonu Rüstəm Rüstəmov 48 ünvanındayıq. Bir neçə saat öncə hazırda dayandığımız bu ərazidə 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə anası, anası 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib. DİN-dən aldığımız məlumata görə hadisə ailə münaqişəsi zəmnində baş verib. Onu da deyək ki, bıçaqlanma hadisəsi gördüyünüz bu ticarət mərkəzinin arxasında quraşdırılan müşahidə kamerasının önündə baş verib.
Şahidlər deyir ki, qətli törədən İdeal Məmmədzadə həmin an ərazidən qaçıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım yolda olarkən, bıçaqlanan qadın hadisə yerindəcə keçinib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İdeal Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müdət əvvəl törədilən tükürpədici qətl hadisəsi - ana və 2 azyaşlı övladının öldürülməsi faktı da məhz Nizami rayonu Rüstəm Rüstəmov 48 ünvanında qeydə alınmışdı.
AYTƏN SAKİTQIZI
CEYHUN MUSTAFAYEV
APA TV