MİDA vergi borcu olan şirkəti tenderin qalibi seçib

# 11:39
7 iyul 2022

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) proqram təminatlarının satın alınması ilə bağlı tenderə yekun vurub.

 

APA-Economics” xəbər verir ki, tenderin qalibi "Farah Innovations" MMC seçilib.

 

MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək.

 

Qeyd edək ki, sözügedən şirkət - "Farah Innovations" MMC-nin 15 983 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR