Milli Məclisdən YENİ QƏRAR

# 13:08
12 aprel 2022

“Mən bu ilin əvvəllərində komitə sədrlərinin diqqətinə çatdırmışdım ki aprel ayından başlayaraq Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçirilsin”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, bu iclasın artıq biri baş tutdu: “Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsində məqsəd "Şuşa ili"nə töhfə verməkdir. Milli Məclisin komitə sədrlərinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq müəyyən olunub və komitə sədrlərinə təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR