Milyarderə 13 il həbs cəzası verildi

# 16:29
19 avqust 2022

 

Çində çinli-kanadalı milyarder, “Tomorrow Holding” konqlomeratının təsisçisi Xiao Jianhua maliyyə maxinasiyalarına görə 13 il müddətinə azadlıqdan məhrum edilib. APA Tv xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq qərarı Şanxay məhkəməsi verib. Məhkəmə “Tomorrow Holding”i ölkənin maliyyə qanunvericiliyinin çoxsaylı pozuntularına görə 8,09 milyar dollar məbləğində cərimələmək qərarı verib. Milyarderə 955,8 min dollar məbləğində cərimə təyin olunub. Dinləmələr zamanı sübuta yetirilib ki, Xiao Jianhua yerli qanunları dəfələrlə pozub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR