Mingəçevirdə evdə partlayış oldu
Mingəçevir şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
FHN-dən APA TV-yə verilən məlumata görə, nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb. Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
