Mingəçevirdə üçəm dünyaya gəlib

# 16:54
15 noyabr 2022

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.

APA xəbər verir ki, Şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır.

Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindəndir.

Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb.

Yeni  doğulan körpələrin çəkisi müvafiq olaraq 2 kiloqram 600, 2 kiloqram 900 və 2 kiloqram 300 qramdır.

Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR