Mingəçevirdə yağış həyatı çətinləşdirdi

# 15:29
26 may 2022

Mingəçevirdə yağan güclü yağış küçələrdə sel suları yaradıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, gecə saatlarında güclənən yağış zamanı küçələrdə piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Yağışlı havada ən çox əziyyət çəkən sürücülər olub. Şəhərin bir sıra küçələrində maşınlar xarab olaraq suda qalıb, digərləri isə çətinliklə keçə bilib.

 

Bir neçə saat yağan yağış həyətlərə də dolub. Aidiyyəti qurumlar yağışın yaratdığı fəsadları aradan qaldırmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR