Mingəçevirdə yanğından 3 maşın zərər görüb
Mingəçevirdə yanğından 3 maşın zərər görüb
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Samux küçəsində yerləşən avtomobil təmiri sexində baş verib.
Sexin həyətində mühərriki və digər elektrik vasitələri sökülü vəziyyətdə olan “Hyundai” markalı minik maşını yanmağa başlayıb. Alovun təsirindən yaxınlıqda olan “Mersedes” və “Opel” markalı daha iki maşın alovlanıb.
Yanğınsöndürmə briqadası alovu söndürərək lokallaşdırıb.
Yanğın nəticəsində “Hyundai” yarasız hala düşüb. Digər iki avtomobil isə qismən zərər görüb.
Faktla bağlı araşdırma aparılır.