Minik avtomobilləri toqquşdu: ÖLƏN VƏ YARALANANLAR VAR
Balakəndə iki minik avtomobili toqquşub, bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Katex kəndi ərazisində baş verib.
“KİA” markalı minik avtomobili ilə “BMW”nin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı yaralanan şəxslərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən APA TV-yə bildirilib ki, hazırda xəstələrin müayinə və müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.