Minik maşını ağaca çırpıldı - ÖLƏN VAR

# 17:39
24 dekabr 2021

Şəkidə baş verən yol qəzasında sərnişin hadisə yerində ölüb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində baş verib.

Oğuz rayon sakini Elsevər Rəcəbli idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı avtomobildə olan sərnişin, Oğuz rayon sakini 1995-ci il təvəllüdlü Mehman Ələsgərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Sürücü Elsevər Rəcəbli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR