Minik maşını kanala düşdü - ÖLƏN VAR

# 13:18
4 mart 2022

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Cəlilabad rayon sakini 44 yaşlı Bəxtiyar Abasov “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR