Minik maşınları toqquşdu - ÖLƏNLƏR VAR
Ermənistanın Kotayk vilayətində baş vermiş yol qəzasında 5 nəfər ölüb.
APA TV “shamshyan.com” saytına istinadən xəbər verir ki, fevralın 20-si saat 20 radələrində Abovyan şəhəri ərazisində BMW X5, “Opel” və “VAZ-2106” avtomobilləri toqquşub.
Beş nəfər qəza yerində ölüb. Onların meyitini maşınlardan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi texnikalar vasitəsilə çıxara bilib.
Hadisənin səbəbləri, ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
